\"Azercell”ə 3G xidmətlərinin göstərilməsi üçün lisenziya veriləcək

\"Azercell”ə 3G xidmətlərinin göstərilməsi üçün lisenziya veriləcək
"Azərfon" şirkətindən sonra \"Azercell Telekom\" şirkətinə 3G xidmətlərinin göstərilməsi üçün lisenziya veriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumata görə, artıq bu istiqamətdə son tamamlama işləri gedir: "Artıq Dövlət Radiotezliklər İdarəsi" "Azercell\"ə 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik resursları verib. Lisenziya alınan kimi \"Azercell\" 3G xidmətlərinin tətbiqinə başlayacaq.
\"Azercell\" 3G xidmətinin tətbiqindən sonra, \"Bakcell\" şirkətinə də lisenziyanın verilməsi istiqamətində işə başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə