Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə yerli ixracatçı şirkətlər üçün \"İncoterms 2010-Beynəlxalq ticarətdə qaydalar və standartlar\" mövzusunda seminar keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə yerli ixracatçı şirkətlərin satınalma, idxal, ixrac, loqistika, təchizat, nəqliyyat şöbələrində çalışan əməkdaşlar iştirak edib. Seminarın keçirilməsində əsas məqsəd qeyri-neft sektorunda fəaliyyət göstərən ixracatçı şirkətləri idxal-ixrac əməliyyatları zamanı təsdiq edən ticarət qaydaları və standartlar, satıcı və alıcı arasındakı münasibət barədə məlumatlandırmaq idi. Tədbirdə çıxış edən Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Adil Məmmədov AZPROMO-nun fəaliyyəti və fondun yerli ixracat şirkətlərinin göstərdiyi dəstək barəsində ətraflı məlumat verib. O qeyd edib ki, 2003-cü ildə ölkənin ixrac səviyyəsinin artırılması və xarici investisiyaların cəlb edilməsi məqsədi ilə yardımış AZPROMO yerli sahibkarların istehsal etdikləri məhsulları ixracının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşlığın atılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından kömək göstərir. Tədbirdə AZPROMO-un ixracın təşkili departamentinin direktoru Vüsal Kərimov çıxış edib. O, qurumun ixracın təşkili sahəsi üzrə gördüyü işlər barəsində məlumat verib.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB