Belarus avqust və sentyabrda Azərbaycan neftinin idxalını xeyli azaldıb
Belarus avqust və sentyabrda Azərbaycan neftinin idxalını xeyli azaldıb. SİA-nın xəbərinə görə, bu barədə xəbəri "Praym" agetliyinə sahə qurumundakı mənbə məlumat verib. Onun sözlərinə görə, 2011-ci il üçün Rusiya tədarükün alternativ mənbələrdən alınan neft həcmi planlaşdırılan 4 mln əvəzinə 1 mln ola bilər. Belə ki, 2 ayda Azərbaycan neftinin alışı (Odessa-Brodı kəməri ilə Mozrsk NEZ-ə daxil olur) ayda 60-80 min tona qədər azalıb, halbuki əvvəllər bu həcm ayda 240 min ton idi.
Mənbənin sözlərinə görə, idxalın azalması Belarus Neft Şirkətinin valyuta bazarında qeyri-sabit vəziyyətdən meydana gələn maliyyə problemləri ilə, eləcə də RF-lə yanacaq balansının bütün həcmini (21,6 mln ton) ilin sonuna kimi emal etmək zərurəti ilə əlaqədar ola bilər. Azeri Light markalı Azərbaycan neftinin Mozırsk NEZ-ə Odessa-Brodı neft kəmərindən avers rejimlə və "Drujba" neft kəmərinin Mozır-Brodı hissəsindən revers rejimlə istifadə ilə çatdırılması 13 fevral 2011-ci ildə başlayıb.
Qeyd edək ki, Odessa-Brodı kəmərindən istifadə ilə neft nəqli barədə "Belarus Neft Şirkəti" və "Ukrtransnafta" arasında saziş 17 yanvar 2011-ci ildə iki illiyə, sonradan uzadılma imkanı ilə bağlanılıb. Azərbaycandan neft tədarükü "Belarus Neft Şirkəti", ARDNŞ və Venesuela arasında sazişlə həyata keçirilir. Neft "Yujnıy" (Ukrayna) limanına, oradan Odessa-Brodı və "Drujba" neft kəməri ilə Mozırsk NEZ-ə çatdırılır. Mozırsk NEZ 2009-cu ildəki 10,95 mln tona qarşı 2010-cu ildə 8,6 mln ton neft emal edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB