Türkiyənin ərazisi və infrastrukturu İTGİ (Interconnector Turkey-Greece-Italy) və "Nabucco" layihələri üçün açıqdır. SİA xəbər verir ki, bu fikri Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin tranzit neft kəmərləri şöbəsinin müdiri Reha Aygül Muradoğlu Bakıda keçirilən "Qaz infrastruktur dünyası: Xəzər-2011" beynəlxalq konfransında bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə Türkiyə İTGİ və "Nabukko" kimi layihələrin həyata keçirilməsinə hazırdır. "BOTAŞ-ın mövcud infrastrukturu böyük həcmdə qazın Türkiyə ərazisi ilə nəqlinə imkan verir", - deyən Reha Aygül Muradoğlu Türkiyə ilə Azərbaycan arasında "Şahdəniz" yatağının 2-ci fazası çərçivəsində davam edən qaz tranziti haqqında danışıqların tezliklə müsbət nəticələnəcəyinə ümid etdiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB