Azərbaycan mal-qaranın sayına görə, digər ölkələri xeyli geridə qoyub. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin SİA-ya verdiyi məlumata görə, əgər Ermənistanda cəmi 300 - 350 baş, Gürcüstanda bundan bir az çox mal-qara varsa, bizdə bu göstərici xeyli yüksəkdir: "Hazırda 3 milyon iribuynuzlu, 9 milyon isə xırdabuynuzlu heyvan saxlanılır. Onların artırılması istiqamətində də işlər görülür və uğurlu nəticələr var. Mal-qaranın xəstəliklərdən qorunması üçün də ciddi tədbirlər görülür. Mütəmadi olaraq xəstəliyə yoluxmuş heyvanların aşkarlanıb sürüdən çıxarılması məqsədi ilə seroloji müayinələr aparılır. Xəstə aşkarlanan heyvanlar zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılır. Hazırda ölkəyə idxal edilən bütün heyvanmənşəli məhsullar isə bakterioloji, kimyəvi-toksikoloji, radioloji müayinələrdən keçirilib və qida üçün yararlılığı müəyyənləşdirilir və yalnız bundan sonra satışa çıxarılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB