“Bakıelektrikşəbəkə” dən xəbərdarlıq!

“Bakıelektrikşəbəkə” dən xəbərdarlıq!
"Bakıelektrikşəbəkə" ASC-nin yaranması dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 21 sentyabr 2011-ci il tarixi saat 12:00 - dan etibarən qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
"Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, borcunu ödəməyənlərə heç bir güzəşt edilməyəcək: "Borclar vaxtında ödənilməlidir. Çünki enerjisi təchizatı dayandırılan abonentlər təyin olunan vaxtdan sonra borclarını ödəsə belə, təkrar şəbəkəyə qoşulması bir neçə gün çəkəcək.
Qurumdan bildirildi ki, abonentlər borclarını poçt şöbələrində, banklarda, ASC - nin ödəmə məntəqələrində, həmçinin (www.bes.az) internet saytı vasitəsilə "onlayn" olaraq ödəyə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə