Ukraynada nəşr olunan gündəlik "Segodnya" qəzetinin verdiyi xəbərə görə, Türkmənistan ilə Ukraynanın min kub metri 200 dollardan təbii qaz mövzusunda razılaşdığını bildirilir. SİA-nın həmin qəzetə istinadən verdiyi xəbərə görə, Ukrayna dövlət başçısı Viktor Yanukoviç ilə Türkmənistan dövlət başçısı Qurbanqulu Berdimuhammedovun imzaladığı razılaşmada Rusiyadan keçməyən alternativ təbii qaz xəttinin inşası 2015-ci ildə tamamlanacaq. Razılığa görə, Türkmən lider Ukraynaya illik 5 milyard kub metrə qədər təbii qaz çıxartmağa icazə verib.
Hal-hazırda Türkmən təbii qazı Ukraynaya yalnız Rusiya üzərindən tranzit vasitə ilə nəql olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB