Bundan əlavə gələcəyin neft-qaz mütəxəssisləri üçün regionun görməli yerlərinə səyahət turları planlaşdırılıb. Bu baxımdan Yay Məktəbinin 9-cu günü iştirakçılar üçün xüsusilə yaddaqalan olub. Balakənə gələn gənclər rayonda yerləşən Olimpiya İdman Mərkəzinə yollanıb, burada iştirakçılar arasında futbol və voleybol oyunları təşkil olunub. Şam yeməyindən sonra komandalar arasında "breyn-rinq" yarışması keçirilib. Yarışmada "Penta-Prima", "Maximum", "S-Power" və "Fires of SOCAR" komandaları qalib gəliblər.
Yay məktəbinin 10-cu günü səhər yeməyindən sonra iştirakçılar və təşkilatçılar ekskursiya turuna əsasən Babakən rayonunun "Şabalıdlı" kəndinə yola düşüblər. Yol boyu turun təşkilatçıları iştirakçılara kəndin tarixi haqqında maraqlı məlumatlar veriblər. Nahardan sonra isə Qax rayonuna yollanan tələbələr İlisu kəndinin XVII-ci əsrə aid olan ən qədim tarixi abidəsi sayılan Sumq qalaya səyahət ediblər. Təşkil olunmuş ekskursiya başa çatdıqdan sonra iştirakçılar onlara verilən tapşırığa əsasən təqdimatlar hazırlanıb və şam yeməyindən sonra komandalara bölünərək təqdimatlarını keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB