Sabah “Baku Expo Centre”də keçiriləcək sərgilərlə bağlı mətbuat konfransı keçirilib
Sentyabr 13-15 də "Baku Expo Centre"də 17-ci "Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi", "6-cı Azərbaycan Stomatologiya Sərgisi", "5-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi"nin mətbuat konfransı keçirilib.
SİA-nın xəbərinə görə, "Trend" informasiya agentliyinə keçirilən mətbuat konfransında "İtesa Kaspian" şirkətinin nümayəndəsi Elmura Ağayeva, "Azərbaycan Stomataloji Assosiayaları" prezidenti Rəna Əliyeva, "İtesa Kaspian" şirkətinin direktor-müavini Bəhruz Hidayətzadə, "İtesa Kaspian" şirkətinin nümayəndəsi Mehriban Baxşiyeva iştirak ediblər.
"İtesa Kaspian" şirkətinin direktor-müavini B.Hidayətzadə bildirib ki, bu il payız mövsümündə keçiriləcək sərgilərin sayı artıb və bu payız mövsümündə 10 sərgi təşkil olunacaq: "Bu da ötən illə müqayisədə 20% artım deməkdir. Sentyabrın 13-15 də keçiriləcək sərgiyə dəstəyinə görə, Azərbaycan Səhiyyə Nazirliyinə və Azərbaycan Stomataloji Assosasiyasına təşəkkürlərimizi çatdırırıq".
Daha sonra Azərbaycan Stomataloji Assosasiyasının prezidenti Rəna Əliyeva çıxış edib. Assosasiya rəhbəri: "Belə sərgilərin keçirilməsi çox vacib bir haldır və bizləri sevindirməyə bilməz. Ümumiyyətlə həkimlik peşəsi elə bir peşədir ki, hansısa bir çərçivəyə sığmır və daima inkişaf edir. Biz də çalışmalıyıq ki, həkimlərimizin biliyi artsın və müasir dövrün tələblərinə uyğun olsun. Belə sərgilərdə həkimlərimiz ən son diaqnostik aparatlarla tanış olur, sərgidə yeni yeni mövzular haqda yazılanları oxuyur. Mən əminliklə deyə bilərəm ki, xaricdə belə sərgilərə girmək üçün uzun müddət sırada gözləməli olursan və mən də istərdim ki, keçiriləcək bu sərgiyə həkimlərimiz maraq göstərsin", - deyib.
Sərgilərin keçirilməsi üzrə təşkilatçı mencer Elmira Ağayeva sentyabrın 13-dən 15-dək keçiriləcək sərgidə 19 ölkədən 124 şirkət iştirak edəcək. "Sərgidə Azərbaycan, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Almaniya və s. ölkələrin şirkətləri iştirak edəcək: "Labservis"(Azərbaycan), "Akgun Softüare"(Türkiyə), "Amiko"(Rusiya) və s. Ümumilikdə sərgidə iştirak edəcək şirkətlərin 40%-i yerli şirkətlərdir. Qeyd edək ki, keçən ilə nisbətən iştirakçı şirkətlərin sayında artım yaşanıb".
Sonra E.Ağayeva bildirib ki, "BİHE" sərgisinin ekspozisiyası tibbi məhsulların və xidmətlərin-tibbi avadanlıqların, cihazların, tez-tez istifadə olunan materiallar, gigiyena vasitələri, həmçinin Bavariya tibb müəssisələrinin xidmətləri nümayiş etdiriləcək. Eləcə də bu il laboratoriya avadanlıqları və "xaricdə malicə" kimi perespektiv istiqamətlər üzrə fəaliyyət göstərərən sərgi iştirakçılarının sayı xeyli artıb.
Daha sonra E.Ağayeva lahiyə çərçivəsində əsas yeri (35%) innovasiyalı məhsullara yönəldən ekspozisisyaların təqdimatı tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB