BP-Azerbaijan şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən \"Şəfəq-Asiman\"da kəşfiyyat işlərinə başlayır. SİA-nın xəbərinə görə, strukturda kəşfiyyat işlərinin ilk mərhələsi 3D seysmik işlərin aparılmasından ibarətdir. Bu gün həmin işlərə başlanılması ilə əlaqədar olaraq ictimai dinləmələr keçirilib. Dinləmələrdə bildirilib ki, yataq üzrə saziş 2010-cu ilin oktyabrında imzalanıb. Bu, yalnız \"BP-Azerbaijan\" və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) iştirak etdiyi ilk layihədir. Qeyd edək ki, 3 ölçülü seysmik işlərin Azərbaycanın "Gilavar" kəşfiyyat gəmisi vasitəsi ilə aparılması planlaşdırılır.
Dinləmələrdə kəşfiyyat işlərinin detalları barədə məlumat verən \"BP-Azerbaijan\"ın geoloji kəşfiyyat qrupunun rəhbəri Arzu Cavadova bildirib ki, struktur Abşeron arxipelaqından 110 km məsafədə, suyun 659 m dərinliyində, yatağın özü isə 7 km dərinlikdədir. Kəşfiyyat işləri aparılan ərazidə suyun dərinliyi 650-900 m-dir: \"Yataq çox mürəkkəbdir. Burada həm kəşfiyyat, həm də istismar işlərinin çox çətin şəraitdə aparılacağı gözlənilir. Bu amilləri nəzərə alaraq strukturun uğur ehtimalı 25% səviyyəsində qiymətləndirilir. Şirkət bu işlərin öhdəsindən gəlmək üçün bütün resurslardan istifadə edəcək. \"BP-Azerbaijan\" bu şəraitdə kəşfiyyat işlərini "Şahdəniz" yatağında da uğurla aparıb. Orada 6 kəşfiyyat və qiymətləndirmə quyusu qazılıb\".
Ümumilikdə isə kəşfiyyat işləri 1500 kv. m-lik sahəni əhatə edəcək və 3-ölçülü seysmik işlər 3-4 aya yekunlaşacaq. Bundan sonra bir il ərzində alınan məlumatlar emal olunacaq və strukturda qazılacaq ilk kəşfiyyat quyusunun dizaynı qurulacaq. İlk kəşfiyyat quyusunun qazılmasına isə 2016-cı ilin sonunda başlanacaq. İşlərin operatoru \"BP-Azerbaijan\" şirkətidir.
\"BP-Azerbaijan\"ın xarici ünsiyyət məsələləri üzrə meneceri Tamam Bayatlı bildirib ki, 3-ölçülü seysmik işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi ictimaiyyətin və maraqlı tərəflərin tanış olub öz rəy, irad və təkliflərini bildirməsi üçün Bakıda müxtəlif yerlərdə, o cümlədən M.F.Axundov adına Milli Kitabxanada, Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Neft Akademiyasının kitabxanalarında yerləşdirilib: "Alınan rəy, irad və təkliflər diqqətlə öyrəniləcək və sənədə daxil ediləcək".
Xatırladaq ki, ARDNŞ və BP şirkəti arasında Xəzərin Azərbaycan sektorunda yerləşən \"Şəfəq-Asiman\" perspektiv strukturun birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında yeni Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 2010-cu il oktyabr ayında Bakıda imzalanıb. İmzalanma mərasimində BP-nin prezidenti Robert Dadli də iştirak edib.
"Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji kəşfiyyatı və işlənməsi prosesi 4 il çəkəcək və lazım gəldiyi təqdirdə müddət daha 3 il uzadıla bilər. Hər yataqda bir kəşfiyyat quyusu qazılacaq. Sözügedən perspektiv struktur qaz-kondensat strukturu kimi dəyərləndirilir. Strukturun ehtiyatları 500 mlrd. kubmetr qaz və 65 mln. ton kondensat həcmində qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



