Nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 3,2 faiz bahalaşıb
2011-ci ilin avqust ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 3,2 faiz bahalaşıb. SİA-nın Dövlət Statistika Komitəsinin məlumatına istinadən verdiyi məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınması üzrə orta tarifi yerli əlaqə üzrə 6,4 faiz, digər ölkələrdən gətirilmə üzrə 1,6 faiz, tranzit yüklərin daşınması üzrə 0,1 faiz bahalaşmış, digər ölkələrə göndərilmə üzrə isə 9,6 faiz ucuzlaşıb. Dəmir yolu vasitəsilə beynəlxalq əlaqədə sərnişindaşıma tarifləri 0,1 faiz artıb. |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB