Bu il Azərbaycana daha 1600 baş cins mal-qara gətiriləcək

Bu il Azərbaycana daha 1600 baş cins mal-qara gətiriləcək

İlkin mərhələdə 1600 baş cins mal-qaradan 317-si "Aqrolizinq" Açıq Tipli Səhmdar Cəmiyyətinin Gəncə Regional Təchizat bazasına gətirilib. Almaniyadan sifarişlə alınan mal-qaranın digərləri isə növbəti mərhələlərdə ölkəyə gətiriləcək. Yeni gətirilən heyvanlar karantin müddəti keçməkdədir. Bu dövr ərzində mütəxəssislər heyvanların üzərində müayinələrə başlayacaq. Ardından isə mal-qara lizinq yolu ilə 50 % güzəştli şərtlərlə fermerlərə satılacaq.

Qurumun müdiri Rəşim Əmiraslanov SİA-ya açıqlamasında bildirib ki, artıq cins heyvanların müştəriləri də dəqiqləşib. Fermerlərin bu inəkləri almaq və gələcəkdə onlardan məhsul götürməyə marağı olduqca böyükdür.

Qeyd edək ki, 1999-cu ildə Azərbaycana Almaniya ilə yanaşı, İsveçrə də daxil olmaqla 770, 2010-cu ildə 900 baş cins inək gətirilib. Cari ildə isə bu say 1600 baş təşkil edəcək. Mütəxəssislərin fikrincə sözügedən prosesin həyata keçirilməsi Azərbaycanda ət və süd məhsullarının bolluğuna da öz müsbət təsirini göstərəcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə