Qızılın qiyməti rekord həddə çatıb

Qızılın qiyməti rekord həddə çatıb

Dünya bazarlarında qızılın bir unsiyasının qiyməti rekord həddə - 1919 dollara çatıb. SİA-nın xəbərinə görə, son dəfə belə rekord qiymət 1980-ci ildə qeydə alınıb. O zaman qızılın qiyməti 2500 dollara çatmışdı. Reytinq agentliyi Standard and Poor’s bir ay əvvəl ABŞ-ın kredit reytinqini aşağı salanda ekspertlər qızılın qiymətinin tezliklə 2000, hətta 2500 dollara çatacağını bildirib.

Qızılın qiyməti avrozona və ABŞ iqtisadiyyatında davam edən böhranla bir vaxtda artır. ABŞ-da işsizlik avqust ayında azalmayıb.


Ağ Ev ilin sonunadək işsizliyin 9 faiz ətrafında qalacağını bildirib. Narahatlığın əsas səbəbi isə avrozonada borc böhranı ilə bağlı vəziyyətin gərginliyi olaraq qalır.

Sərmayəçilər problemin bank sektoruna da təsir edəcəyindən ehtiyat edirlər. Bazar ertəsi Deutsche Bankın rəhbəri Cozef Akerman bəyan edib ki, bir çox Avropa bankları hazırkı böhrandan çıxa bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня