Yanvar-avqust aylarında ARDNŞ üzrə 104088 metr qazma işi görülüb

Yanvar-avqust aylarında ARDNŞ üzrə 104088 metr qazma işi görülüb
2011-ci ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12497 metr qazma işi həyata keçirib. SİA-nın xəbərinə görə, bu sahədə görülmüş işlərin 11250 metri istismara, 1247 metri kəşfiyyata aid olub. Həyata keçirilmiş kəşfiyyat qazmasının 345 metri struktur axtarış qazmasına aid olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-avqust aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 104088 metr qazma işi görülüb ki, bunun da 95442 metri istismara, 8646 metri kəşfiyyata (o cümlədən, 1405 metr struktur axtarış qazması) aid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə