Neft məhsullarının ixracı
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2011-ci ilin avqust ayında 1604 ton avtomobil benzini, 118 min 161 ton dizel yanacağı, 7 min 954 ton təyyarə yanacağı, 179 ton soba mazutu ixrac edib. SİA-nın xəbərinə görə, ümumilikdə, 2011-ci ilin yanvar-avqust ayları ərzində 66 min 318 ton avtomobil benzini, 815 min 977 ton dizel yanacağı, 51 min 850 ton təyyarə yanacağı, 5 min 152 ton soba mazutu ixrac edilmişdir. 2011-ci ilin avqust ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) – 1017,43 dollar, təyyarə yanacağının – 990,66 dollar, dizel yanacağının – 929,20 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 647,95 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə