260-dan çox istehlakçı elektrik enerjisindən istifadə qaydalarını pozub
Bütün "Regional Elektrik Şəbəkəsi" (REŞ) müəssisələrində olduğu kimi, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astara EŞ-lərini əlaqələndirən "Şirvan" REŞ-in xidmət göstərdiyi istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir və bu istiqamətdə də müvafiq yenidənqurma işləri aparılır. Şəbəkələrdə aparılan yenidənqurma işləri, sayğac uçot komplektləri xüsusi qutularda və baxış üçün maneəsiz yerdə quraşdırılmasına baxmayaraq digər paylayıcı elektrik şəbəkələrində olduğu kimi, sözügedən müəssisələrin də xidməti ərazilərində sayğac sxeminə müdaxilə edən istehlakçılar var. Belə istehlakçılara qarşı sərt tədbirlər görülür.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, cari ilin iyul ayında keçirilmiş reydlər zamanı ümumilikdə 260-dan çox istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozulması faktı aşkar edilib. O cümlədən, Şirvan EŞ-də 3, Salyan EŞ-də 72, Neftçala EŞ-də 15, Cəlilabad EŞ-də 25, Biləsuvar EŞ-də 8, Lənkəran EŞ-də 32, Astara EŞ-də 22 pozuntu faktı aşkar edilib. Sözügedən müəssisələr üzrə ən çox qayda pozuntusu Masallı EŞ-də 84 fakt qeydə alınıb. Ən az isə Hacıqabul və Lerik EŞ-lərində qeydə alınıb. Belə ki, bu EŞ-lərin hər birində bir analoji fakt qeydə alınıb. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və ümumilikdə 2 milyon 47 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 122,8 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğdən 55 faizdən çox hissəsinin ödənişi təmin edilib.
Qeyd edək ki, cari ilin iyul ayında da REŞ üzrə aktların ödənişində yüksək göstərici Hacıqabul, Biləsuvar, Lənkəran və Lerik EŞ-lərində olub. Belə ki, bu EŞ-lərdə hesabat ayında aktlara görə yaranmış debitor borcdan əlavə ötən ayların aktlarından da yaranmış debitor borcun da müəyyən qisminin ödənişi təmin edilib. Ən aşağı göstərici isə Astara EŞ-də (8,9%) olub.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 7 ayı ərzində keçirilmiş reydlər zamanı 2565-dən çox istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilib. O cümlədən, Şirvan EŞ-də 23, Neftçala EŞ-də 301, Hacıqabul EŞ-də 175, Cəlilabad EŞ-də 400, Biləsuvar EŞ-də 113, Lənkəran EŞ-də 265, Masallı EŞ-də 520, Yardımlı EŞ-də 9 və Astara EŞ-də 85 qayda pozuntusu faktı aşkar edilib. Ən çox qayda pozuntusu Salyan EŞ-in, ən azı isə Lerik EŞ-in xidməti ərazisindəki istehlakçıların sayğac uçot komplektlərində qeydə alınıb. Belə ki, bu müəssisələrdə qayda pozuntuları müvafiq olaraq 669 və 6 fakt olub. Tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 14 milyon 113,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 846,8 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 45 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalıq məbləğin ödənilməsi istiqamətində tədbirlər görülür.
Onu da qeyd etmək yerinə düşərdi ki, hesabat dövründə REŞ üzrə aktlara görə ödənişdə ən yüksək göstərici Lerik EŞ-də olub. Belə ki, burada hesabat dövründə aktlara görə yaranmış debitor borcdan əlavə ötən ilin aktlarından da yaranmış debitor borcunda müəyyən qisminin ödənişi təmin edilib. Ən aşağı göstərici isə Şirvan EŞ-də qeydə alınıb. Burada hesabat dövründə sözügedən təyinat üzrə ödəniş 5 faizdən artıq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB