“Dədə Qorqud” Mustəqil Kiçik Müəssisəsinə 2,9 min manat maliyyə sanksiyası tətbiq edilib

“Dədə Qorqud” Mustəqil Kiçik Müəssisəsinə 2,9 min manat maliyyə sanksiyası tətbiq edilib

Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları kucəsi, ev 137 ünvanında "Dədə Qorqud" Mustəqil Kicik Müəssisəsinə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı plombir dondurmaların müvafiq reseptura, südlü dondurmaların gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edilməsi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satılması səbəbindən bu təsərrufat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dovlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. SİA-nın xəbərinə görə, Dovlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə "Dədə Qorqud" Mustəqil Kiçik Muəssisəsinə 2,9 min manat maliyyə sanksiyası tətbiq edilib.


Konul Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə