Qazaxıstanla Azərbaycan arasındakı ticarət dövriyyəsi 100 mln. dolları keçib

Qazaxıstanla Azərbaycan arasındakı ticarət dövriyyəsi 100 mln. dolları keçib

Cari ilin may ayına olan statistikaya görə, Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 111 mln. dollara çatıb. SİA-ya verilən xəbərə görə, bu barədə məlumatı Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında söyləyib.

İki ölkə arasında ticari-iqtisadi əlaqələrin müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdıran səfir S. Primbetov cari ilin 29-30-u sentyabr tarixlərində iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, oktyabrın 6-8-də isə Aktau şəhərində "Xəzər-dostluq dənizi" adlı beynəlxalq festival keçiriləcək ki, bu festival çərçivəsində sənaye sərgisi təşkil olunacaq. Hazırda Azərbaycan şirkətlərinin bu tədbirdə iştirakı məsələsi həll olunur.

Ötən il Qazaxıstandan Azərbaycana 960 min tona yaxın taxılın satıldığını xatırladan səfir hazırda Azərbaycanın bu il ölkəsindən yenə də taxıl alması ilə bağlı danışıqlar aparıldığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə