AXA MBASK “Risklər dünyası”nı açır

AXA MBASK “Risklər dünyası”nı açır

AXA MBASK korporativ məsuliyyət sahəsində nümunə təşkil edəcək layihələrə imza ataraq fərdi risklər haqqında bələdçi səciyyəli yeni internet səhifəsini istifadəçilərə təqdim edir. SİA-nın xəbərinə görə, saytın məqsədi - fərdlərin gündəlik həyatda tez-tez üzləşdikləri riskləri tanıtmaq, bu riskləri və onlardan irəli gələn nəticələri aradan qaldırmaqda insanlara yol göstərməkdir. Şirkətin rəhbərliyi və kollektivi AXA MBASK-ın təməl dəyərlərini rəhbər tutaraq və sosial məsuliyyət hiss edərək hazırladığı bu saytın istifadəçilər üçün faydalı olacağına inanırlar.

AXA MBASK tərəfindən "risklər dünyası" şüarı ilə istifadəyə verilən saytda insanları daha çox maraqlandıran məsələlər – özlərinin və yaxınlarının səhhəti, evi, maşını və səyahəti ilə bağlı qarşıya çıxa biləcək risklər, həmçinin faydalı məlumatlar təqdim olunur.

"Risklər dünyası" adlı sayta http://risk.axambask.az ünvanından daxil olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə