İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Nəsimi rayonunda
- Azadlıq prospekti, ev 72 ünvanında Ağaddin Məmmədova məxsus mağazada;
- M.Rəfili küçəsi, ev 11 ünvanında yerləşən \"Gülər market\"də;
- M.Qaşqay küçəsi, ev 20 ünvanında Məmmədrahim Məmmədova məxsus mağazada;
- A.Mustafayev küçəsi, ev 21 A ünvanında yerləşən \"Etibar market\"də;
- Nizami küçəsi, ev 137, mənzil 71 ünvanında Mehman Nağıyevə məxsus mağazada;
Nərimanov rayonunda
- A.Nemətulla küçəsindəki \"Araz market\"də, \"S-A-V market\"də və \"Xəzər market\"də;
- F.Yusifov küçəsi, ev 43, mənzil 17 ünvanındakı \"Çinar market\"də
- Təbriz küçəsi, ev 99, mənzil 53 ünvanında yerləşən \"Real market\"də;
- F.Xoyski prospekti, ev 136, mənzil 33 ünvanındakı \"Moskva market\"də;
Yasamal rayonunda
- Z.Xəlilov küçəsində yerləşən \"Altun market\"də və Aygün Abdullayevaya məxsus mağazada;
- H.Məcidov küçəsi, ev 14, mənzil 39 ünvanındakı \"Nuran market\"də;
- S.Dadaşov küçəsi, ev 90, mənzil 3 ünvanındakı \"AMA market\"də;
- Ş.Mehdiyev küçəsi, ev 1, mənzil 37 ünvanında yerləşən \"Sizin market\"də;
Bərdə rayonunda
-Qazıqurdalı kəndində Mübariz Əbilova və Alim Qurbanova məxsus mağazalarda;
Füzuli rayonunda
- Arayatlı kəndində yerləşən \"Ruslan market\"də;
Siyəzən şəhərində
- Azadlıq küçəsində Qalib Xalıqova məxsus mağazada;
Gəncə şəhərində
- Bağmanlar küçəsi, ev 95 ünvanında Elmir Babakişiyevə məxsus mağazada;
- Atatürk prospekti, 265 ünvanında Anar Əhmədova məxsus mağazada;
- R.Əsədov küçəsində Rəşid Nəsibova məxsus mağazada;
ümumi çəkisi 550 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. SİA-nın xəbərinə görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB