Mərkəzi Bankın yeni inzibati binasının tikintisi üçün \"Azərkörpü\" ASC ilə müqavilə bağlanıb

Mərkəzi Bankın yeni inzibati binasının tikintisi üçün \"Azərkörpü\" ASC ilə müqavilə bağlanıb
Azərbaycan Respublikası Mərkəzi Bankının yeni inzibati binasının tikintisi üçün ilkin işlərin (çala qazılması, tikinti sahəsindəki geoloji quyuların bağlanması və sahədə mövcud tikililərin söküntüsü) satınalınmasına dair təkliflər sorğusu üsulu ilə həyata keçirilən satınalma müsabiqəsi başa çatıb. SİA-ya Mərkəzi Bankdan verilən məlumata görə, satınalma müsabiqəsinin qalibi "Azərkörpü"ASC ilə 22 avqust 2011-ci il tarixdə satınalma müqaviləsi bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə