Kapital Bank öz müştərilərinin bank xidmətlərindən istifadə imkanlarını getdikcə genişləndirir. SİA-nın bankın rəsmi internet səhifəsinə istinadən veridiyi xəbərə görə, Kapital Bankın plastik kartlarına sahib şəxslər indi Azərbaycan Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemindən (KÖMİS) internet vasitəsilə də faydalana bilərlər. Bundan ötrü sadəcəwww.apus.azsaytına daxil olmaq lazım gəlir. Müştəri bu internet servis xidmətindən istifadə etməklə kommunal borcları haqqında məlumatlar ala və ödənişləri kart vasitəsilə apara bilər. Ödənilmiş xidmət haqqı real vaxt rejimində mərkəzləşdirilmiş bazada əksini tapır, bu barədə dərhal xidmət müəssisələrinə məlumat verilir.
Sistemin digər bir özəlliyi də bundan ibarətdir ki,www.apus.azsaytında qeydiyyatdan keçərək öz şəxsi kabinetini yaratmış müştərilərin ödəniş zamanı qaz, elektrik, su xidmətləri üzrə abonent kodlarını təqdim etmələrinə ehtiyac qalmır. Müştəri ödəniş üçün yalnız kartın üzərindəki məlumatlardan istifadə edir. Saytda qeydiyyatı olmayan müştərilər isə ödəniş üçün hər dəfə abunə kodlarını sistemə daxil etməlidirlər.
Abonent arzusundan və texniki imkanlarından asılı olaraq ödənişin aparılması haqqında xüsusi formada qəbz çap etmək, yaxud qəbzi fayl şəklində elektron daşıyıcıda saxlamaq imkanına da malikdir. Bankın yeni xidmət növünə maraq göstərənlər ətraflı məlumatıwww.apus.azsaytından və ya Kapital Bankın 196 nömrəli Müştəri Xidmətinə zəng etməklə ala bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB