Neft ucuzlaşır, qızılın qiyməti rekord vurur

Neft ucuzlaşır, qızılın qiyməti rekord vurur

Dünya fond bazarlarındakı tərəddüdlər və investorların risklərdən qaçması fonunda neftin qiymətində kəskin enmə müşahidə olunub. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 5,20 dollar və ya 6 faiz azalaraq 1 barelə görə 82,38 dollar təşkil edib.

ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,61 dollar və ya 3,3 faiz azalaraq 106,99 dollar təşkil edib.

"Qara qızıl"ın qiymətində kəskin enmə yaransada qızılın qiyməti rekord vurur. Belə ki, COMEX birjasında bu metalın qiyməti 1800 dollar səviyyəsini keçib və 1 troya unsiyasına görə tarixi 1820 dollar qiymətinə çatıb.

Qeyd edək ki, son 1,5 ay ərzində qızıl 300 dollar bahalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə