İyul ayında qiyməti qalxan tikinti materialları - SİYAHI

İyul ayında qiyməti qalxan tikinti materialları - SİYAHI

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi tərəfindən 2011-ci ilin iyul ayı ərzində Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 38 adda 88 növdə tikinti materialının növbəti monitorinqi aparılıb.

Birlikdən SİA-ya verilən xəbərə görə, iyul ayında aparılan araşdırmalar zamanı ötən aylarda olduğu kimi nisbi aktivliyin hələ də davam etdiyi və bir sıra tikinti materiallarının növləri üzrə qıtlığın yaranması müşahidə edilib. İstehlakçıların tələbatlarının ödənilmədiyi tikinti materialları sırasında daha çox Rusiyadan idxal edilən 15 mm-lik və 18 mm-lik dikt növlərini qeyd etmək olar ki, yalnız bu məhsullar üzrə qiymət artımı müvafiq olaraq 46,3 və 47,1% təşkil edib. Daş məhsullarının qiymətlərində də daş karxanalarındakı qiymət bahalaşması ilə əlaqədar 3-4 qəpik artım qeydə alınıb. Rusiyadan idxal edilən dəmir məmulatlarının iyul ayında baş verən qiymət artımının da səbəbini sahibkarlar idxalda yaranan qıtlıqla əlaqələndiriblər. Ümumiyyətlə, aparılan qiymət monitorinqinin nəticələrinə əsasən, bu ilin fevral ayından başlayaraq müxtəlif materiallar üzrə qeydə alınan qiymət artımları iyul ayında da davam edib. Ay ərzində 38 adda məhsuldan 15-i üzrə bahalaşma müşahidə edilib ki, bu tikinti materiallarının siyahısını aşağıdakı kimi qruplaşdırmaq olar:

Daş

+12,5

Armatur

+1,9

Taxta

+3,9

Şveller

+10,2

Dikt

+34,2

Dəmir boru

+1,6

DSP

+1,3

Dəmir təbəqə

+1,0

DVP

+5,0

Katinka

+9,5

Şifer

+1,8

Şüşə

+1,5

İzolyasiya

+13,8

Penoplast

+7,7

Bitum

+5,3

İyulda yalnız 2 məhsul üzrə cüzi qiymət azalması müşahidə edilib:

Sink təbəqə

-0,4

Künyə

-0,2

Digər tikinti materialları üzrə qiymətlər sabit qalıb.

2011-ci ilin iyul ayında müşahidə edilən bahalaşmanın orta qiymət göstəricisi ötən ayla müqayisədə 1,97% təşkil edib. İlin əvvəli ilə müqayisədə qiymət fərqi 17,5%, ötən rübün müvafiq dövrü ilə müqayisədə 3,6% artımla qeydə alınıb. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə isə qiymət artımı 20,0% təşkil edib.

Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi ötən ayla müqayisədə 2,6% azalaraq 51,2% təşkil edib. Səbəb dəmir məmulatları istehsal edən bir sıra sexlərin fəaliyyətlərini dayandırması olub. Göstərici aşağıdakı diaqramdakı kimi olub:

Qiymət indeksi əvvəlki ay (184,5) ilə müqayisədə 3,6 bənd artaraq 188,1 səviyyəsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə