Bu gün Asiya İnkişaf Bankının (AİB) şəhər inkişafı üzrə baş mütəxəssisi Vicay Padmanabhanın rəhbərlik etdiyi missiya Azərbaycana gəlir. SİA-nın xəbərinə görə, missiya 2009-cu ildə bank tərəfindən təsdiqlənən və həcmi 600 milyon ABŞ dolları olan Su Təchizatı və Kanalizasiya Sistemi üçün İnvestisiya Proqramı çərçivəsində həyata keçiriləcək ikinci layihəni müzakirə edəcək.
Missiya "Azərsu" ASC-nin, Maliyyə Nazirliyinin, Naxçıvan MR-nın rəsmi nümayəndələri ilə, inkişaf üzrə tərəfdaşlarla və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşəcək. Missiya həmçinin layihələrin hazırlıq səviyyəsini qiymətləndirmək üçün layihələrin icra olunduğu yerləri, layihələrin həyata davamlılıq, tərtibat, satınalma, ətraf mühitin mühafizəsi və sosial müdafiə normalarına nə dərəcədə uyğun olduğunu nəzərdən keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB