“Neftqaztikinti” Tresti Xəzərin Türkmənistan sektorunda işləyəcək
Bu günlərdə ARDNŞ-nin "Neftqaztikinti" Tresti ilə "Level Oil & Gas Corporation" Şirkəti arasında "LAM-C dəniz platformasının yüklənməsi, dənizdə bərkidilməsi, daşınması və quraşdırılması üzrə kompleks işlər" üçün subpodrat saziş imzalan;b. SİA-nın məlumatına görə, layihəyə əsasən, Trest hər birinin çəkisi təqribən 200 ton olan 4 hissədən ibarət 2 dayaq blokunun, hər birinin çəkisi təqribən 400 ton olan 4 hissədən ibarət üst modulların, 2 ədəd gəmi yanalma meydançasının, fakelin, kranın və digər obyektlərin tikinti nöqtəsinə nəqlini və quraşdırılmasını həyata keçirəcək. İşlərin 3 ay müddətinə başa çatdırılacağı nəzərdə tutulur. Layihənin sifarişçisi Türkmənistanın "DRAGON OIL LTD" şirkəti, baş podratçısı isə Türkiyənin "İLK İNŞAAT TAAHHÜT SANAYİ VE TİCARET LTD.ŞTİ." şirkətidir. Avqustun 15-də layihənin icrası məqsədilə "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin 24 nəfərdən ibarət ilk heyəti Xəzərin Türkmənistan sektorundakı "LAM" yatağına yola düşüb. Bununla bağlı keçirilmiş tədbirdə ARDNŞ nümayəndələri və Trest rəhbərliyinin təmsilçiləri iştirak ediblər. Trestin müdiri Mirkazım Abasov tədbirdə çıxış edərək işçi heyətə uğurlar arzulamış, bu layihəni Xəzərin Türkmənistan sektorunda Trest tərəfindən icra olunacaq iri layihələrin başlanğıcı kimi dəyərləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə