Neftin qiymətində artım baş verib
Avqustun 16-da Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin sentyabr fyuçerslərinə olan dəyəri 1,88 dollar artaraq 109,91 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də artıb. Belə ki, WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti 2,50 dollar artaraq 87,88 dollar olub. Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti də artıb. Belə ki, Azərlayt markalı neftin bir bareli 1,94 dollar bahalaşaraq 112,29 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə