Neftin qiyməti azalmaqda davam edir
Avqustun 15-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin sentyabr fyuçerslərinə olan dəyəri 0,01 dollar azalaraq 108,03 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də azalıb. Belə ki, WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti 0,34 dollar azalaraq 85,38 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə