Şöbə müdiri: “Kooperativlərin keçmiş kolxozlarla heç bir oxşarlığı yoxdur”-MÖVQE

Şöbə müdiri: “Kooperativlərin keçmiş kolxozlarla heç bir oxşarlığı yoxdur”-MÖVQE

"Kooperativlərin yaradılması təklifinə nazirlikdə müsbət rəy verilərək Milli Məclisə göndərilib. Bunun nə vaxt müzakirə olunacağını isə deyə bilmərik". Bu barədə SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi Aparatının torpaqdan istifadəyə nəzarət, melorasiya və təbiəti mühafizə şöbəsinin müdiri Qurbanəli Hüseynov məlumat verib. O bildirib ki, kooperativlər keçmiş kolxozlaşmadan bir sıra xüsusiyyətləri ilə fərqlənir. Şöbə müdirinin sözlərinə görə, ilk öncə bu, könüllülük əsasında birləşmə deməkdir və orada özləri, qohum-əqraba, dost-tanışlar birləşib özlərini idarə edirlər. O vurğulayıb ki, bunun kolxozla heç bir oxşarlığı yoxdur və böyük bir fərqi var.

"Fərqlər odur ki, kolxozlar rayon rəbərliyi tərəfindən idarə olunurdu, göstərişlər verilirdi, plan qoyulurdu. İndi isə bu özəl kooperativlər öz pay torpağından özlərinin vəsaitilə dövlətin köməyi hesabına hərəkət edirlər. Böyük fərq ondadır ki, kooperativlərə heç kim rəhbərlik etmir, həmin kollektiv özü rəhbərlik edir. Özləri öz aralarında rəhbər seçərək idarəetməni həyata keçirirlər. Artıq Sabirabad, Masallı kimi bir neçə rayonda belə kooperativlər var. Hələlik qanun çıxmamış bir neçə rayonda belə kooperativlər fəaliyyət göstərir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə