“Azneft” İstehsalat Birliyinin “Neft daşları” NQÇİ-də bədbəxt hadisə baş vermişdir

“Azneft” İstehsalat Birliyinin “Neft daşları” NQÇİ-də bədbəxt hadisə baş vermişdir
Avqustun 10-da "Neft Daşları" NQÇİ-nin Quyuların əsaslı yeraltı təmiri sexinin qazmaçı köməkçisi Teymur İspəndiyar oğlu Süleymanov saat 8-də "General Əsədov" sərnişin gəmisi vasitəsilə sahildən Neft Daşlarına iş növbəsinə yola düşmüşdür. Gəmi Neft Daşlarına çatdıqdan sonra T.Süleymanov gəmidən düşüb yataqxanaya gedərkən yolda halı pisləşmiş və saat 14 radələrində yerə yıxılaraq vəfat etmişdir. Hadisə yerinə gələn həkimlərin ilkin qənaətinə görə mərhum ürək tutmasından dünyasını dəyişmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə