Daha 210 kq keyfiyyətsiz dondurma məhv edildi

Daha 210 kq keyfiyyətsiz dondurma məhv edildi
Məlumat verildiyi kimi, insan orqanizmi üçün təhlükəli dondurmaların məhv edilməsi barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Əlibala Əlizadəyə icrası məcburi göstəriş verilmişdi. Qurumdan SİA-ya daxil olan məlumata görə, qeyd olunan göstərişin icrası ilə əlaqədar, insan orqanizmi üçün təhlükəli 210 kq keyfiyyətsiz dondurma Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.
Araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə