Duru yağların qiymətinin artmasının səbəbi açıqlanıb

Duru yağların qiymətinin artmasının səbəbi açıqlanıb
Son zamanlar ölkədə istehsal edilən duru yağların qiymətində artım müşahidə edilir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən SİA-ya verilən məlumata görə, aparılan monitorinqlər zamanı duru yağların qiymətindəki bu dəyişikliyin süni qiymət artımı deyil, dünya bazarında xammalın qiymətinin artması ilə bağlı olduğu müəyyən edilib. Belə ki, Azərbaycanda günəbaxan və qarğıdalı yağları idxal edilən xammaldan istehsal olunur. Son 3 ay ərzində dünya bazarında bu xammalın qiymətində 25%-dək artım baş verib. Bu isə öz növbəsində ölkədə istehsal edilən günəbaxan və qarğıdalı yağlarının maya dəyərinin artmasına, nəticədə həm topdan, həm də pərakəndə satış qiymətinin müəyyən qədər bahalaşmasına səbəb olub.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dünya bazarında baş verən qiymət artımı meyllərindən sui-istifadənin, eləcə də yerli bazarda süni qiymət artımının qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня