Azərbaycanda külək enerji potensialının öyrənilməsi davam edir

Azərbaycanda külək enerji potensialının öyrənilməsi davam edir
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin müraciətinə əsasən Avropa Komissiyasının İNOGATE Proqramı çərçivəsində SEMİSE layihəsi tərəfindən texniki dəstək şəklində "Azərbaycanın Xəzər dənizi ərazisində Külək Enerji Potensialının öyrənilməsi" layihəsi icra olunur. SİA-nın məlumatına görə, layihə rəhbərliyi tərəfindən verilən məlumata görə, artıq final hesabat layihəsi hazırdır. Hesabatın təqdimatının keçirilməsi cari ilin sentyabrın 1-ə planlaşdırılır.

Tədbirdə layihənin danimarkalı ekspertləri Kim Jansen və Jesper Thisen iştirak edəcəklər. Eyni zamanda təqdimatda Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadi İnkışaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, Energetika Elmi Tədqiqat Layihə İnistitunun rəsmi şəxsləri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə