Neftin qiyməti ucuzlaşmaqda davam edir

Neftin qiyməti ucuzlaşmaqda davam edir
Avqustun 10-da Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin sentyabr fyuçerslərinə olan dəyəri 1,17 dollar azalaraq 102,57 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də azalıb. Belə ki, WTI markalı neftin bir bareli 2,79 dollar azalaraq 79,30 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə