Nəqliyyat Nazirliyində kollegiya iclası keçirilib

Nəqliyyat Nazirliyində kollegiya iclası keçirilib
Kollegiya iclasında müvafiq qurumların və strukturların hesabatları dinlənilib. SİA-nın xəbərinə görə,
09 avqust 2011-ci il tarixdə Nəqliyyat Nazirliyində Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2011-ci ilin birinci yarım ilinin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda vurğulanıb ki, son illərdə Azərbaycan iqtisadiyyatının hərtərəfli və sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır, ölkəmiz bütün sahələrdə böyük nailiyyətlərə imza atır, iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında durur.
Nəqliyyat nazirinin müavini cənab Musa Pənahov 2011-ci ilin 6 ayı ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb. Cənab M. Pənahov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, gərgin əməyi nətiсəsində Azərbayсan iqtisadiyyatının, eləсə də nəqliyyat-yol kompleksinin yüksək inkişaf səviyyəsinə çatdığını, nəqliyyat sektorunda regional əhəmiyyətli infrastruktur layihələrin uğurla həyata keçirildiyini vurğulayıb, 2011-ci ilin yarımillik yekunları ilə bağlı geniş və ətraflı məlumat verib. Kollegiya iсlasının gedişində Azərbayсan Dövlət Dəmir Yolunun sədri Arif Əsgərovun, "Azəryolservis" Açıq Səhmdar Сəmiyyətinin sədri Cavid Qurbanovun, "Avtonəqliyyatservis" Departamentinin rəisi Çingiz Baxışevin hesabatları dinlənilib.
Kollegiya iclasının sonunda bəzi qurumların fəaliyyəti istisna edilməklə ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2011-ci ilin 6 ayının yekunları qənaətbəxş hesab edilib. Qurumların fəaliyyətində irəliləyişlərin olmasına baxmayaraq, müəyyən qüsurların olduğu, avtomobil və dəmir yolları sahəsində sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyi vurğulanıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilib.
Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə