\"Nabukko\" kəməri ilə ilk qaz 2017-ci ildə nəql olunacaq. Bu barədə \"Nabukko GmBH\" şirkətinin icraçı direktoru Reynxard Mitçek deyib. SİA-nın xəbərinə görə, R.Mitçek bildirib ki, öz başlanğıcını Xəzərə hövzəsindən götürən \"Nabukko\" qaz kəməri Avropanı qazla təmin edən ən məqsədyönlü tranzit lahiyədir və bu lahiyə istər iqtisadi, istərsə də loqistik baxımdan daha əlverişlidir. \"Eyni zamanda bu kəmər \"Cənub Dəhlizi\"nin inkişafı üçün də perspektivlər yaradır. Şirkət nümayəndəsi onu da vurğulayıb ki, artıq bu kəmərlə qaz nəql etmək istəyən şirkətlərlə danışıqlar başlanıb və kəmərin tikintisi 2013-cü ildə başlanacaq. \"Avropaya ilk qaz nəqli isə 2017-ci ildə baş tutacaq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB