Neftin qiyməti kəskin ucuzlaşıb
Avqustun 9-da Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin sentyabr fyuçerslərinə olan dəyəri 5,63 dollar azalaraq 103,74 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də azalıb. Belə ki, WTI markalı neftin bir barelinin qiyməti 5,57 dollar azalaraq 81,31 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə