ARDNŞ-da şöbə, sex və sahə rəhbərlərinin və baş metroloqların fəaliyyəti müzakirə olunub
Bu günlərdə ARDNŞ-nin "Azneft" İB-nin idarə və müəssisələrinin obyektlərində istehsalat proseslərinin avtomatlaşdırılması (İPA) və metrologiya sahəsində yerinə yetirilən işlər, istismar sənədləri, texniki xidmət və təmir plan qrafiklərinin tərtibatının və icrasının vəziyyəti, kənar təşkilatların fəaliyyətinin qiymətləndirilməsi və idarələrarası qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin persrektiv inkişaf istiqamətlərinə həsr olunmuş müşavirə keçirilib. SİA-nın xəbərinə görə, N.Nərimanov adına Neftqazçıxarma İdarəsinin akt zalında keçirilmiş müşavirədə İPA və metrologiya sahəsində 2011-ci ilin 7 ayı ərzində yerinə yetirilən işlərin hesabatı dinlənilmiş və persrektiv inkişaf istiqamətləri müzakirə olunub. Müşavirədə "Azneft" İB-nin və NQÇİ-nin rəhbərliyi, Birliyin İdarəetmə Aparatının "İstehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya" şöbəsinin əməkdaşları, sex rəisləri və baş metroloqlar iştirak ediblər. Müşavirəni giriş sözü ilə N.Nərimanov adına NQÇİ-nin rəisi X. Şəfiyev açaraq, idarənin texniki iqtisadi göstəriciləri haqqında müşavirə iştirakçılarına məlumat verib. Çıxış edənlər N.Nərimanov adına NQÇİ-də nəzarət-ölçü cihazları, istehsalat proseslərinin avtomatlaşdırılması, metrologiya və informasiya texnologiyaları sahəsində cari ilin 7 ayı ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış ediblər. Ötən illərlə müqayisədə 2011-ci ildə Birliyin idarə və müəssisələrinin istehsalat obyektlərində müasir standart və tələblərə cavab verən informasiya texnologiyaları, nəzarət ölçü cihazları, avtomatika vasitələri, metroloji avadanlıq bazasında texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə və nəzarət, mühafizə və təhlükəsizlik sistemlərinin tətbiqi və planlaşdırılması işlərinin artımı müsbət hal kimi qiymətləndirilib. Müzakirələrdə ARDNŞ-nin və İB-nin istehsalat, tikinti, təhlükəsizlik və nizam-intizamla bağlı müşavirələrinin protokol, əmr, qərar, göstərişlərindən irəli gələn tapşırıqların icrasında öz işini günün tələbləri səviyyəsində qura bilməyən, planlaşdırılmış işlərin icrasında və tapşırıqların yerinə yetirilməsində geri qalan, ARDNŞ-nin strukturuna daxil olan və kənar təşkilatların fəaliyyətlərinə lazımi səviyyədə nəzarəti həyata keçirə bilməyən, şöbə, sex və sahə rəhbərlərinin və baş metroloqların fəaliyyəti müzakirə olunub. İclasda həmçinin 2012-ci ilə İPA və metrologiya sahəsində planlaşdırılan işlər, təmir istismar ehtiyacları, proqnoz, tələbat, kadr və digər istehsalat məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz



