“Mətin A” və “Mətanətli AB” saxta kafel və metlax istehsalçıları peyda olub

“Mətin A” və “Mətanətli AB” saxta kafel və metlax istehsalçıları peyda olub
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti saxta tikinti materiallarının satışı ilə bağlı daxil olmuş müraciət əsasında araşdırmaya başlayıb. Qurumdan SİA-ya verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Z.Tağıyev küçəsində Bayram Rüstəmova və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 56 ünvanında Elxan Nərimanova məxsus mağazalarda kafel və metlax yapışdırıcılarının satışının qanunauyğunluğu yoxlanılıb: "Yoxlama zamanı uyğunluq sertifikatı və mənşəyi məlum olmayan, etiketində istehsal tarixi və çəkisi göstərilməyən saxta "Mətin A" və "Mətanətli AB" adlı kafel və metlax yapışdırıcılarının satıldığı müəyyən edilib: "Aşkar olunmuş pozuntularla əlaqədar mağazalarda aşkar edilmiş 95 kisə "Mətin A" və "Mətanətli AB" adlı saxta kafel və metlax yapışdırıcıları qanuna müvafiq tədbirlər görülənədək satışdan çıxarılaraq məsul saxlanmaya götürülüb. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara tikinti materialları alarkən diqqətli olmağı, "Mətin A" və "Mətanətli AB" adlı saxta kafel və metlax yapışdırıcılarını almamağı tövsiyə edir.
Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə