“Qara qızıl”ın qiyməti kəskin aşağı düşüb

“Qara qızıl”ın qiyməti kəskin aşağı düşüb

"Qara qızıl"ın qiyməti kəskin aşağı düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, neftin qiymətinin düşməsinə səbəb investorların ABŞ iqtisadiyyatının artım tempinin ləngiməsilə bağlı ehtiyat etmələridir.

Belə ki, New York Mercantile Exchange (NYMEX) müddətli əmtəə birjasında WTI (Light Sweet) neftinin rəsmi qiyməti 5,30 dollar azalaraq, bir barrelə görə 86,63 dollara bərabər olub.

Inter Continental Exchange Futures Europe (IСE Futures Europe) elektron əmtəə birjasında Brent markalı neftin qiyməti isə 5,98 dollar azalaraq, bir barrelə görə, 107,25 dollar təşkil edib

Bütün xəbərlər Facebook səhifəmizdə