İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 4-cü Mədən küçəsi, 276-cı məhəllədə "Budad LTd"-yə məxsus sexdə keyfiyyətsiz və təhlükəli məhsullar aşkarlanıb: "Aparılan yoxlama zamanı "Budad" kvas içkisinin müvafiq reseptura və texnoloji təlimat olmadan istehsal edilməsi, "Budad" qazsız içkilərinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması, qazsız içkilərin etiketlərində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin, eləcə də məhsulun istehsal tarixinin, kvas içkisinin üzərində isə məhsulun enerji dəyəri və istehsalçısı barədə məlumatların göstərilmədiyi aşkarlanıb. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı. Artıq Dövlət Xidmətində işə baxılması başa çatdırılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə "Budad LTd"-yə 4,6 min manat maliyyə sanksiyası tətbiq edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB