\"Moody\'s\" jurnalı: \"Növbəti il üçün Azərbaycanda bank sistemində sabitlik gözlənilir\"

\"Moody\'s\" jurnalı: \"Növbəti il üçün Azərbaycanda bank sistemində sabitlik gözlənilir\"

Azərbaycanın bank sistemi üzrə proqnoz sabit qalıb. Bu barədə \" Moody\'s Investors Service \"in çərşənbə axşamı dərc edilən hesabatında deyilir. SİA xəbər verir ki, \"Moody\'s\"in gözləntilərinə görə, banklar əlverişli əməliyyat mühitindən, aktivlərin sabit keyfiyyətindən, gəlirin artmasından və kapitalın səviyyəsindən faydalanacaqlar. Bundan əlavə \"Moody\'s\"in analitiki Lev Dorfun müəllifi olduğu hesabatda deyilir:

\"Biz gözləyirik ki, əməliyyat mühiti banklar üçün 12-18 ay ərzində əlverişli qalacaq. Bu, onların artımına və gəlirliyinə xidmət edəcək və aktivlərin keyfiyyətinin artmasına səbəb olacaq\".

\"Moody\'s\"in proqnozlarına görə, diqqətini neft sektoruna yönəldən Azərbaycan iqtisadiyyatı 2011 və 2012-ci illərdə qətiyyətlə artım nümayiş etdirəcək. Buna neftin yüksək qiymətləri kömək edəcək. Bundan əlavə hesabatda vurğulanır ki, qeyri-neft sektorunu dəstəkləyən və yerli banklar üçün biznes imkanları yaradan dövlət xərclərinin artmasına kömək edəcək.

\"Moody\'s\"in proqnozuna görə, əlverişli əməliyyat mühiti ilə dəstəklənən bank aktivlərinin keyfiyyəti 2010-cu ilin dördüncü rübü ərzində sabitləşdikdən sonra yaxşılaşacaq.

\" Moody\'s \"in proqnozlarına görə, problemli kreditlərin payı 2011-ci ilin sonuna 14 faiz azalacaq.

Xatırladaq ki, hal-hazırda Azərbaycanda 1-i dövlət olmaqla, 44 bank fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə