Mal və qoyun ətinin bahalaşması rəsmən təsdiq olundu

Mal və qoyun ətinin bahalaşması rəsmən təsdiq olundu
Ötən ay ərzaq məhsullarının qiymətləri 1,6 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb.

SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ərzaq məhsullarından unun, qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış və sterilizə olunmuş üzlü südün, limonun, bananın, almanın, armudun, alçanın, albalının, gilasın, şaftalının, əriyin, qarpız və yemişin, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göyərtinin, göy lobyanın, soğanın, kartofun qiyməti ucuzlaşıb.


Eyni zamanda ay ərzində ucuzlaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunub. Bu, əsasən mal və qoyun ətinin, toyuq və toyuq budunun, düyünün, manna yarmasının, vermişel və makaronların, xamanın, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, kökün, sarımsağın, günəbaxan və qarğıdalı yağlarının, şabalıdın qiymətlərində qeydə alınıb.


İyulda qeyri-ərzaq mallarından inşaat materiallarından kəsilmiş taxtaların, ağac yonqar və lifli lövhələrin, kərpicin, sementin, parketin, mebellərdən mətbəx üçün mebel dəstinin, kətilin, yataq mebel dəstinin qiymətləri bahalaşıb.


Bahalaşma ilə yanaşı ay ərzində qeyri-ərzaq mallarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu da əsasən, geyim və ayaqqabıların qiymətlərində müşahidə olunub. Bundan əlavə, inşaat materiallarından su tənzimləyici cihazların, parket üçün lakın, vannaların, məişət avadanlıqlarından paltaryuyan maşınların, qızdırıcıların, tozsoranların qiymətləri də ucuzlaşıb.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня