Neftin qiyməti ucuzlaşıb
Neftin qiyməti nisbətən azalıb. SİA-nın məlumatına görə, iyulun 27-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin sentyabr fyuçerslərinə olan dəyəri 0,35 dollar azalaraq 116,46 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də azalıb. Belə ki, WTI markalı neftin bir bareli 1.10 dollar azalaraq 93,79 dollar olub.

Xatırladaq ki, Urals markalı neftin qiymətində isə artım müşahidə olunub. Belə ki, Urals markalı neftin bir bareli 114 dollara satılıb. Xatırldaq ki, Urals neftin bir barelinin qiyməti yanvar-may ayı arasında 107 dollar səviyyəsində qalmışdı, halbuki, bu rəqəm keçən ilki göstəricidən qat-qat artıqdı. Beləliklə, Urals markalı neftin bir barelinin qiyməti 107 dollarlıq rekord qiymət göstəricisini keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə