Fransa və Almaniyanın maliyyə nazirləri avronun qorunması üçün lazım olan hər şeyi edəcəklərinə söz veriblər

Fransa və Almaniyanın maliyyə nazirləri avronun qorunması üçün lazım olan hər şeyi edəcəklərinə söz veriblər

Fransa və Almaniya avronun qorunması üçün lazım olan hər şeyi edəcək və Avropa İttifaqının iqtisadi və siyasi inteqrasiyasına qarşı təhlükə yaranmasına yol verməyəcəklər. SİA-nın məlumatına görə, bu fikirlər Fransanın maliyyə naziri Fransua Barugenin və Almaniyanın maliyyə naziri Volfqanq Şoyblenin birgə məktubunda ifadə edilib.

Onlar qeyd ediblər ki, keçən həftə Brüsseldə avrozona ölkələrinin zirvə toplantısında Yunanıstana maliyyə yardımı proqramının qəbul edilməsi Afinanın indi üzləşdiyi büdcə çətinliklərinin aradan qaldırılması və Yunanıstan iqtisadiyyatının rəqabət qabiliyyətinin bərpa edilməsi üçün şərait yaradır.


Məktubda deyilir: "Qəbul edilmiş tədbirlər Yunanıstanın dövlət istiqrazları bazarında yaranmış böhranın bütövlükdə avro zonasında böhrana çevrilməsinə yol verməməyə şərait yaradır. Lakin biz sadəlövh deyilik. Avro zonasına etimadın bərpa edilməsi üçün təmkin, əzmkarlıq və uzaqgörənlik tələb olunur".


Nazirlər etiraf ediblər ki, Yunanıstana yardım üçün təkcə yüz yeni paket qəbul edilməsi avro zonasında böhranın yayılması riskini tamamilə aradan qaldırmaq üçün kifayət deyil.

Baruen və Şoyble indiki böhrandan çıxmaq üçün avro zonasının üzvü olan ölkələrin vergi siyasətlərinin uzlaşdırılması, onların büdcə intizamının möhkəmlənməsini və avro zonası təsisatlarının daha da inkişaf etdirilməsini zəruri hesab edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня