Rusiyanın qənnadı məmulatları ən çox Azərbaycanda alınır

Rusiyanın qənnadı məmulatları ən çox Azərbaycanda alınır

Rusiyanın tərkibində kakao olmayan şəkərli qənnadı məmulatları ən çox Azərbaycanda alınır. SİA-nın məlumatına görə, Rusiyanın "İntesco Research Group" şirkəti apardığı araşdırmalar nəticəsində bu qənaətə gəlib.

Məlum olub ki, Rusiyada istehsal edilən, tərkibində kakao olmayan şəkərli qənnadı məmulatlarının 24 faizi Azərbaycanda alınır. Bu göstərici üzrə sonrakı yerləri Qazaxıstan (22 faiz) və Ukrayna (9 faiz) tutur.

Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə Rusiyada istehsal edilən şokoladı və şokolad məmulatlarını istehlak edən üç əsas ölkə Qazaxıstan (26 faiz), Ukrayna (22 faiz) və Azərbaycandır (13 faiz). Şəkərli qənnadı məmulatları bazarı bütövlükdə qənnadı bazarının 53 faizdən çox hissəsini təşkil edir. Şirniyyat bazarında ən böyük kateqoriya şokoladlı və şokoladlı-südlü şirə çəkilmiş konfetlərdir. Şokolad, karamel, iris, draje, marmelad, pastila, saqqız da şəkərli məmulatlar bazarına aiddir.

Qeyd edək ki, bu məhsulların əsas tərkibi şəkər və ya onun əvəzediciləri, habelə şirinləşdirici komponentlərdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com