Şahin Mustafayev: “Azərbaycanda sənaye şəhərcikləri yaradılacaq”
Son iki ildən bəri Azərbaycanın iqtisadiyyatının inkişafı əsasən qeyri-neft sektorunun hesabına inkişaf edib. SİA-nın xəbərinə görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, Azərbaycanın neftdən asılılığı ildən ilə azalır: "Ötən il qeyri-neft sektorunda 8 faiz artım olub. Azərbaycanda 70 min yeni iş yeri açılıb, əhalinin əmanətləri 30 faiz artıb. Azərbaycanda yoxsulluğun səviyyəsi on il əvvəl 49 faiz təşkil edirdisə, hazırda bu rəqəm 9,1 faizə düşüb. Azərbaycanın valyuta ehtiyatlarının həcmi 38 mlrd. dollara çatıb. Eyni zamanda valyuta ehtiyatları dövlət borcunu dəfələrlə üstələyir".
Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu təşkil etdiyini deyən nazir müstəqillik illərində ölkə iqtisadiyyatına 100 mlrd. dollar investisiya yatırıldığını bildirib: "Bunun da 53 faizini daxili investisiyalar təşkil edir".
Ş.Mustafayev qeyd edib ki, indiyədək Azərbaycan sahibkarları tərəfindən Türkiyə iqtisadiyyatına 4 mlrd. dollar investisiya yatırılıb: "Yaxın gələcəkdə daha 6 mlrd. dollar investisiya yatırılması nəzərdə tutulur. Gürcüstan iqtisadiyyatına yatırılan investisiyaların həcmi isə 1 mlrd. dollara yaxınlaşıb".
Nazir həmçinin vurğulayıb ki, Azərbaycanda artıq Sumqayıt, Qaradağ və Gəncə sənaye şəhərciklərinin yaradılması üzərində iş gedir. Belə ki, bu il ərzində Gəncə alüminium zavodu işə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB