Şəmkirdə platin yatağı aşkarlanıb

Şəmkirdə platin yatağı aşkarlanıb
Azərbaycanın Böyük Qafqaz hissəsinin cənub yamacında, Kiçik Qafqazda, Naxçıvan Muxtar Respublikası və cənubi Xəzəryanı dağlıq ərazilərdə geoloji-axtarış işləri aparılıb.

2010-cu ildə Şəmkir rayonu ərazisində nüvə geofiziki tədqiqatları nəticəsində ilk dəfə platin qrupu metalların köklü yatağı aşkarlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, bu nəticə Azərbaycan geoloqlarının son dövrlərdə əldə etdiyi ən parlaq nailiyyətdir: "Yatağın sənaye əhəmiyyətinin qiymətləndirilməsi məqsədi ilə layihə-smeta sənədləri tərtib edilib. Artıq çöl işlərinə başlanılıb. Respublikanın bir sıra rayonlarında da irimiqyaslı geoloji - planlama işləri həyata keçirilib. Bir çox faydalı qazıntıların dəqiq axtarışı üçün perspektivli sahələr ayrılıb və yeni filiz zonaları müəyyənləşdirilib".


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com