Bu ilin 6 ayında dövlət büdcəsinin mədaxil proqnozu 110,9 faiz yerinə yetirilib
2011-ci ilin 6 ayında dövlət büdcəsinin mədaxili 5610,8 mln. manat, xərcləri 4882,1 mln. manat olmuş, 728,7 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. SİA-nın Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, 2011-ci ilin 6 ayında dövlət büdcəsinin mədaxil proqnozu 110,9 faiz yerinə yetirilmişdir ki, bu da proqnoza nisbətən 552,6 mln. manat, 2010-cu ilin eyni dövrü ilə müqayisədə isə 688,1 mln. manat və ya 14,0 faiz çoxdur.
Cari ilin 6 ayı ərzində Vergilər Nazirliyi tərəfindən proqnoza 125,3 faiz əməl edilməklə büdcəyə 2562,9 mln. manat və yaxud 517,2 mln. manat çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 559,1 mln. manat və ya 27,9 faiz çox vəsait təmin edilib.
Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,1 faiz əməl olunmaqla büdcəyə 542,4 mln. manat və ya proqnoza nisbətən 0,8 mln. manat çox vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91,8 mln. manat və ya 20,4 faiz çoxdur.
Dövlət Neft Fondundan büdcəyə 2461,0 mln. manat vəsait transfert edilib.
Sair daxilolmalar üzrə büdcəyə 44,5 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 34,6 mln. manat və ya 4,5 dəfə, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 mln. manat və ya 3,3 dəfə çox olub.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri 94,8 faiz və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 605,4 mln. manat və ya 14,2 faiz çox icra edilib.
2011-ci ilin 6 ayında carixərclərə dövlət büdcəsi xərclərinin 62,6 faizi həcmində və ya 3058,3 mln. manat vəsait sərf edilib ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 239,0 mln. manat və ya 8,5 faiz çoxdur.
Əsaslı xərclərə 1775,2 mln. manat və ya dövlət büdcəsi xərclərinin 36,4 faizi həcmində vəsait yönəldilib ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 357,7 mln. manat və ya 25,2 faiz çoxdur. Həmin vəsaitin 1348,0 mln. manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinə, 427,2 mln. manatı isə büdcə təşkilatlarına əsas vəsaitlərin alınması xərclərinə sərf edilib.
Dövlət borclarına xidmətlə bağlı xərclərə dövlət büdcəsi xərclərinin 1,0 faizi həcmində və ya 48,6 mln. manat vəsait istifadə olunub ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 8,7 mln. manat və ya 21,8 faiz çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin 6 ayı ərzində dövlət büdcəsinə daxil olan vəsaitin 38,4 faizi və ya 1,9 mlrd. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 199,0 mln. manat və ya 11,9 faiz çox olub.
2010-cu ilin eyni dövrü ilə müqayisədə 2011-ci ilin 6 ayı ərzində dövlət büdcəsi xərclərindən fuksional təsnifata uyğun olaraq kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 31,0 mln. manat və ya 22,0 faiz, səhiyyə xərclərinə 34,4mln. manat və ya 21,2 faiz, nəqliyyat və rabitə xərclərinə 3,2 mln. manat və ya 15,2 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 62,1 mln. manat və ya 10,2 faiz, təhsil xərclərinə 50,9 mln. manat və ya 9,9 faiz, iqtisadi fəaliyyət xərclərinə 5,3 mln. manat və ya 7,8 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 5,2 mln. manat və ya 7,5 faiz, mənzil və kommunal təsərrüfatı xərclərinə 5,8 mln. manat və ya 6,7 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 11,5 mln. manat və ya 4,1 faiz, ümumi dövlət xidmətlərinə 9,2 mln. manat və ya 2,5 faiz çox vəsait yönəldilib.
2011-ci ilin 6 ayında istifadə olunan 1348,0 mln. manat dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidənqurulmasına 217,9 mln.manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidənqurulmasına və müvafiq avadanlıqların alınmasına 1130,1 mln.manat vəsait yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



