“Akkord” Kür sahilində 34 km-lik mühafizə bəndi tikib - FOTO

“Akkord” Kür sahilində 34 km-lik mühafizə bəndi tikib - FOTO
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sifarişi əsasında "Kür və Araz çayları boyunca mövcud mühafizə bəndlərinin möhkəmləndirilməsi və hündürləşdirilməsi" layihəsini həyata keçirib.


"Akkord"un İctimaiyyətlə Əlaqələr və Reklam Departamentinin direktoru Afaq Quliyevanın SİA-ya verdiyi məlumata görə, bəndlərin tikilməsi işləri bu il martın 28-dən başlanıb.


Ötən dövr ərzində Kür çayının hər iki sahilində mühafizə bəndləri tikilib. Qısa vaxtda Kür çayının sahilində ümumilikdə cəmi 1,2 mln. kubmetr torpaq işləri yerinə yetirilib. Nəticə etibarilə Kür çayının sağ sahilində 12,7 km, sol sahilində 21,7 km olmaqla, ümumilikdə 34 km mühafizə bəndi tikilib. İşlərin böyük bir qismini daşqınlar mövsümünün ən intensiv vaxtında həyata keçirən "Akkord" bütün bu işlərin görülməsi üçün əraziyə 140 nəfər işçi, 20 inşaat texnikası, 45 özüboşaldan yük maşını, 10 ədəd digər köməkçi nəqliyyat vasitələri cəlb edib. "Akkord" bu layihəni vaxtından əvvəl tamamlayaraq tikinti ərazisinə düşən 9 kəndin təhlükəsizliyini tam təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня